Azərbaycanlı müğənni dostu Barış Mançodan danışdı – Məni bağrına basıb...

Hazırda oxunan: Azərbaycanlı müğənni dostu Barış Mançodan danışdı – Məni bağrına basıb...

10450

Bu gün Türkiyənin məşhur rok, pop və müasir türk sənətçisi, televiziya aparıcısı Barış Mançonun anım günüdür.

Barış Manço ilə xatirələrini onun Azərbaycandakı dostu, Xalq artisti Bilal Əliyev Bizim.Media-ya danışır.

“Barış Manço sənətçi olmaqla yanaşı səyahətçi kimi bir çox ölkələri gəzirdi. Bu səyahətlərin çərçivəsində o, tez-tez  Azərbaycana da gəlirdi. Səhv etmirəmsə, 1990-cı ilin sonlarında onunla bir məclisdə rastlaşdıq. İfamdan sonra  mənə yaxınlaşıb bağrına basdı və “Sən Azərbaycanın bülbülüsən, ömrümdə sənin kimi cəh-cəh vuran görmədim, çox gözəl səsin var” deyə o, qeyd edib.

Xalq artisti o gündən sonra mütəmadi olaraq Barış Manço ilə görüşüb:

“Nə vaxt Bakıya gəlsəydi, mütləq mənimlə əlaqə saxlayardı. Görməyə ya özü gələrdi, ya da olduğu yerə məni dəvət edərdi. Allah Barış Mançoya rəhmət etsin, çox gözəl sənətkar idi”.

Qeyd edək ki, Barış Manço 1943-cü ildə İstanbulda doğulub, Türkiyədə rok musiqinin qabaqcıllarından sayılan sənətçi musiqiyə "Qalatasaray" liseyində başlayıb.

Ali təhsilini Belçikada alan Manço 200-dən çox bəstənin müəllifidir. Bu mahnıların bir hissəsi sonralar ərəb, bolqar, alman, fransız, yapon, yunan və bir sıra dillərə tərcümə olunaraq ifa edilib.

Yazdığı vəsiyyətində ifaçı öldüyü gündə deyil, doğum günündə xatırlanmasını istəyib.

O, vəfat etməzdən öncə ömrünün 40-cı ildönümünə həsr etdiyi “40-cı il” mahnısını bəstələyib, lakin sözlərini yaza bilməyib. Bu mahnının da yer aldığı “Mançoloji” albomu 1999-cu ildə yayımlanıb və 2.6 milyon ədəd satılaraq rekord qırıb.

Barış Mançonun ürəyində ilk problem 1983-cü ildə yaranıb.

O, 1999-cu il yanvarın 31-də gecə saat 23:30-da evində infarkt keçirir və xəstəxanaya aparılır. Ancaq həmin gecə aparıldığı xəstəxanada vəfat edir.

Vüsalə Balayeva, Aliyə İlyas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin