Türkiyənin Kocaeli şəhərində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adını daşıyan parkın açılışı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Facebook” səhifəsində paylaşım edib.
“İctimai-Siyasi Proseslərin Beynəlxalq Araşdırmalar Mərkəzini, İzmit Bələdiyyəsi və Heydər Əliyev adına Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə şəhid Milli Qəhrəman general-mayor Polad Həşimovun adını daşıyan parkın açılış olub”, - deyə paylaşımda qeyd olunub.
Həmçinin səfirliyin nəzdində fəaliyyət göstərən hərbi attaşelərin nümayəndəlikləri də parkın açılışında iştirak edib.
Bizim.Media