Gənc müğənni Almaxanım Əhmədli qarşıdan gələn seçkilər xa0və yaradıcılığı barədə bir neçə sualımızı cavablandırıb:
xa0
”“ Bildiyimiz kimi atanız Vüqar Əhməd deputatlığa namizəddir. Sizin fikrinizcə Vüqar müəllim bu seçkini qazanacaqmı?
”“ 48000 seçicinin məhəbbəti o qədər yüksəkdir ki, məncə artıq qazanıb. 547000 rəğbət dolu mesaj alıb. Bu yarım milyondanda çox səs edir. Məncə seçiləcək.
- Almaxanım xanım, qarşıda olan planlarınız haqqında məlumat verərdiniz zəhmət olmasa.
- Mərhum bəstəkar - müğənni, görkəmli sənətkar Məmmədbağır Bağırzadənin bir mahnısını məşq edirəm. İnşallah lentə yazdıracam. Sevimli bəstəkarımız Rauf Məmmədov atamın sözlərinə məxsusi olaraq mənim üçün çox gözəl bir mahnı yazıb. Onu da lentə aldıracam. Hal-hazırda Azərbaycan muğamlarının şahı olan “Rast”x9d dəstgahı üzərində çalışıram. Üzümüzə gələn ilin yanvar ayında Makedoniyaya konsertə dəvət almışam. Hələlik bu qədər.
- Məlahətli səsiniz sizi qısa zamanda məşhurlaşdırdı, bu məşhurluq sizi dostlarınıza qarşı dəyişdirmədi ki ?
- Qətiyyən. Ağac bar gətirdikcə başını aşağı əyər - deyib atalar.
-xa0Gələcəkdə təhsilinizi harda davam etdirmək istərdiniz?
- Azərbaycan Milli Konservatoriyasında, amma atamın arzusu odur ki, Romada, ya da Milanda vokal təhsili alım. Həm muğama yiyələnim, həm də vokala. Arzumuz budur ki, ifaçılığımda Şərqlə Avropanın ifaçılığını vəhdətdə dünya musiqi ictimaiyyətinə təqdim edim.
- Atanızın tanınmış şəxsiyyət olması sizə daha da güclü addımlar ilə irəliləməyə şərait yaratdı. Atanızın sizə sənətlə bağli verdiyi bir necə tövsiyyəni bizimlə bölüşə bilərsinizmi?
- Atam mənə görə heç kimə ağız açmır. Sadəcə sağolsun ATV və Xəzər televiziyaları, məni mütəmadi olaraq efirə çağırırlar. Atamın xa0bütün tövsiyyələrinə qulaq asıram. Əsas məsləhəti odur ki, mənəvi, möhtəşəm mədəniyyət abidəmiz olan muğamları dərindən öyrən və dünyada muğam ifaçısı kimi məhşurlaş. Alim Qasımov Azərbaycan muğamını dünyada şərəflə təmsil edir. Əfsuslar olsun ki, dünya musiqi ictimaiyyəti Azərbaycandan heç bir qadın xanəndəni tanımır”¦(omedia.az)































































































