Bunu Moderator.az-a açıqlamada tanınmış jurnalist İradə İsak bildirib.
İradə İsak deyib ki, Gülnar Salmanova səhhətinə həddindən artıq diqqətsiz yanaşıb, məhz buna görə çox ciddi xəstəliklərə düçar olub, ağrı-acı içərisində, əzab-əziyyətlə dünyasını dəyişib: "Gülnar xanım özünə, səhhətinə həddindən artıq diqqətsiz yanaşmışdı. Bir çox hallarda insanlar pulsuzluqdan çox çətin vəziyyətlərə düşürlər. Yəni biri var pulsuzluqdan acından öləsən, bir də var pulun ola-ola baxımsızlıqdan vəziyyətin ağırlaşsın, ac qalasan. Gülnar xanım Prezident təqaüdü alırdı. Onun problemləri pulsuzluqla bağlı olmayıb, sadəcə bu insan öz səhhətinə fikir verməyib. Təsəvvür edin ki, baxıcı tutulmasına belə razı olmayıb. Bütün bunlar isə çox ciddi fəsadlar törətmişdi. 3-4 xəstəlikdən əziyyət çəkirdi. Mən təsadüfən o evə gedib çıxmasaydım Gülnar xanım tək-tənha, o cür ağır vəziyyətdə dünyasını dəyişəcəkdi".
Tanınmış jurnalist sabiq millət vəkili Gülər Əhmədovanın əməkdar artistə baş çəkdiyini, ona mənəvi və maddi dəstək olduğunu, problemin ictmailləşməsinə böyük kömək etdiyini söyləyib: "Mən Gülər xanımı sadəcə millət vəkili kimi tanıyırdım. Bir dəfə də verilişimə dəvət etmişdim. Amma Facebook vasitəsilə dostlarıma müraciətimə iİk qoşulanlardan biri Gülər Əhmədova oldu. O, həmin gün Gülnar xanımın evinə getdi".
Xatırladaq ki, əməkdar artist Gülnar Salmanova bu gün dünyasını dəyişib.






























































































