Azərbaycanla Çili arasında mədəni əməkdaşlıq MÜZAKİRƏ OLUNUB - FOTO

Hazırda oxunan: Azərbaycanla Çili arasında mədəni əməkdaşlıq MÜZAKİRƏ OLUNUB - FOTO

101516

Azərbaycan ilə Çili arasında mədəni əməkdaşlıq müzakirə olunub. 

Bizim.Media xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov Çili Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rodriqo Arkos ilə görüşündə iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu deyib, bu kontekstdə klassik musiqi sahəsində, habelə kitabxana işi üzrə əməkdaşlığa diqqət çəkib, bu istiqamətdə təcrübə mübadiləsinin faydalı olacağını bildirib. 

Həmçinin qarşılıqlı sərgilərin, ədəbiyyat axşamlarının keçirilməsinin mədəni əməkdaşlığa töhfə verə biləcəyi vurğulanıb. 

Ölkəmizdə ənənəvi olaraq hər il keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı haqqında diplomata məlumat verən Anar Kərimov festivalın bir sıra ölkələrdən musiqiçi və kollektivləri bir araya gətirdiyini deyib, Çili musiqiçilərini də bu layihədə iştiraka dəvət edib. 

Rodriqo Arkos Azərbaycanda insanların qonaqpərvərliyini məmnunluqla qeyd edib, xalqımızın mədəni zövqünün yüksək olduğunu xüsusi vurğulayıb. 

Səfir Azərbaycanda mədəniyyət layihələri – sərgilər, yaradıcı insanların görüşlərini keçirmək istədiklərini bildirib, belə layihələrin iki ölkənin ədəbiyyat və mədəniyyətinin qarşılıqlı tanınmasına vəsilə olacağını qeyd edib.
Anar Kərimov öz növbəsində deyib ki, ədəbiyyat üzrə Nobel mükafatı laureatları – böyük Çili şairləri Qabriela Mistral (1889-1957), Pablo Neruda (1904-1973) və başqalarının əsərlərinin müvafiq ali təhsil ocaqlarında müzakirəsini təşkil etmək mümkündür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin