Azərbaycanlı teatrşünaslar Tbilisi Beynəlxalq Teatr Festivalında...

Hazırda oxunan: Azərbaycanlı teatrşünaslar Tbilisi Beynəlxalq Teatr Festivalında...

101282
Azərbaycanlı teatrşünaslar Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya”x9d şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq”x9d kafedrasının müəllimi, teatrşünas Elçin Cəfərov Gürcüstanda keçirilən VII Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib.

Tbilisi Beynəlxalq Teatr Festivalı bu gün dünyada ən nüfuzlu festivallardan hesab olunur. Festival 2009-cu ildən etibarən hər il mütəmadi şəkildə keçirilir və nəinki MDB ölkələrində, eləcə də Avropa teatr məkanında böyük marağa səbəb olur. Burada dünyanın bir çox dövlətlərindən müxtəlif teatr kollektivləri və mütəxəssislər iştirak edir.

Festivalın əsas proqramlarından olan Gürcüstan Showcase proqramı dünya mədəniyyət şəbəkəsinə inteqrasiyanı hədəfləyir. Showcase teatr sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və mübadilə baxımından mühüm əhəmiyyət kəsb edir. Dünyanın 30-a qədər ölkəsindən 60-dan çox teatr mütəxəssisinin - festival təşkilatçıları, teatr menecerləri, tənqidçilər, jurnalistlər və sənətçilərin qatıldığı Showcase iştirakçılara qarşılıqlı əməkdaşlıq, yaradıcı mübadilə, birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Bu ilki Showcase proqramında Azərbaycanla yanaşı, Hollandiya, Almaniya, İtaliya, Litva, Latviya, Rusiya, BƏƏ, İran, Yunanıstan, Norveç, İspaniya, Bolqariya, Türkiyə, Belçika, Polşa, Oman, İsrail, Rumıniya, Çexiya, Estoniya, Kanada, ABŞ, Böyük Britaniya, Belarusiya, Əlcəzair, Norveç, Macarıstan və Qazaxıstandan dəvət olunmuş teatr mütəxəssisləri işirak edib.

Showcase-in proqramına Ş.Rustaveli adına Dövlət Dram Teatrının, K.Marcanişvili adına Dövlət Dram Teatrının, V.Abaşidze adına Dövlət Musiqili Komediya və Dram Teatrının, A.Qriboyedov adına Rus Dram Teatrının, N.Dumbadze adına Dövlət Gənclər Teatrının, Royal District Teatrının (Kral məhəlləsi teatrı), İlia Dövlət Universitetinin “İluanu”x9d teatrının, İ.Çavçavazde adına

Batumi Dövlət Teatrının, Hərəkət Teatrının, S.Axmeteli adına Dövlət Dram Teatrının, “Dəmir”x9d teatrının (The IRON THEATRE), Suxumi teatrının, Tel-Avi Teatrının, Kutaisi Teatrının, Poti Teatrının, Azadlıq Teatrının (LIBERTY THEATRE) tamaşaları daxil olub. Gürcü dilində nümayiş olunan tamaşalar, ingilis dilində subtitrlərlə müşayiət olunub. Tamaşalardan sonra teatrşünasların, jurnalistlərin, prodüserlərin iştirakı ilə geniş müzakirələr keçirilib. Festival çərçivəsində həmçinin bir sıra tədbirlər ”“ seminarlar, treninqlər, ustad dərsləri və sərgilər də təşkil edilib. Festival çərçivəsində Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Sheakspeare of Our Time and My Country”x9d (Bizim dövrün Şekspiri və mənim ölkəm) adlı elmi konfransda çıxış edən Elçin Cəfərovun “İnterpretation of Sheakspeare”™s drama in Psychosopy theatre conception”x9d (Şekspir dramaturgiyasının “Psixosof”x9d teatr poetikasında yozumu) adlı məruzəsi çap olunub.

Dünyanın müxtəlif ölkələrindən festivala qatılmış teatr mütəxəsisləri ilə keçirilən görüşlərdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı məsələlər müzakirə edilib. Gələcəkdə bu əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.
Azərbaycanlı teatrşünaslar Tbilisi Beynəlxalq Teatr Festivalında... Azərbaycanlı teatrşünaslar Tbilisi Beynəlxalq Teatr Festivalında...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin