Mədəniyyət naziri Göytəpədə yerləşən pravoslav kilsəsini ziyarət edib - FOTO 

Hazırda oxunan: Mədəniyyət naziri Göytəpədə yerləşən pravoslav kilsəsini ziyarət edib - FOTO 

100571

Mədəniyyət naziri Anar Kərimov Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən yerli əhəmiyyətli tarixi abidəni – pravoslav kilsəsini ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət nazirliyi məlumat yayıb.

Məlumata görə, Göytəpə pravoslav kilsəsi 1878-ci ildə inşa olunub və tikintisi yerli ustalar tərəfindən aparılıb. Abidənin pəncərələri Azərbaycan milli memarlıq üslubunda hazırlanıb.
Səfər çərçivəsində Cəlilabad rayon Privolnoye kənd Mədəniyyət evinə və həmin binada fəaliyyət göstərən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) kənd kitabxana filialına da baxış keçirilib.

Məlumat verilib ki, 1977-ci ildə istifadəyə verilən müəssisənin binası 400 nəfərlik tamaşa zalı, 100 yerlik iclas zalı olmaqla, ümumilikdə, 17 otaqdan ibarətdir.

Sonra Göytəpə şəhər Uşaq Musiqi Məktəbinə gələn nazir təhsil ocağının fəaliyyəti haqqında məlumat alıb. Qeyd olunub ki, 1989-cu ildən fəaliyyət göstərən məktəbdə fortepiano, tar və qarmon ixtisasları üzrə 94 şagird təhsil alır, 14 müəllim çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin