İsrailin baş naziri Benyamin Netanyahu Pakistanın baş naziri ilə bir restoranda nahar etməkdən imtina edib.
Moderator.az xarici KİV-lərə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun nümayəndəliyi Nyu Yorkun Serafina Always restoranında bron etdiklər masanı Pakistanın baş naziri Nəvaz Şərifin həmin vaxt həmin restoranda nahar edəcəyi səbəbilə ləğv ediblər.
New York Post-un anonim mənbəyə istinadən verdiyi bu məlumatda bu təxirəsalmanın “təhlükəsizlik mülahizəsi”x9dndən irəli gəldiyi bildirilir. “Netanyahunun qoruması dünyada ən yaxşı qorumadır. Ancaq onun Şəriflə eyni vaxtda eyni restoranda olması məntiqsiz görünə bilər”x9d, - deyə mənbə məlumat verir.
Mənbə Şərifin bir neçə saat həmin restoranda arvadı və əlavə olaraq ətrafında10 adamla olduğu bildirilir. Pakistanlı qonaqlar tərkibində ət və alkoqol olmayan yemək və içki sifariş etmişlər.
İsrail və Pakistanlı liderlər başqa dövlət başçıları ilə birlikdə Nyu - Yorka BMT Baş Assambleyasının 70 - ci sessiyasında iştirak edirlər. Cümə axşamı oktyabrın 1 - də Netanyahunun BMT-də çıxış edib.

































































































