Okeanın dibi bir çox qəribə əşyaları özündə izlədir. Bir çox insanlar okeanın dibində olan xəzinələrin axtarışına öz həyatlarını sərf ediblər. Bu sular əfsanəvi şəhərlərin də qoruyucularıdır.
1. Yonaquni
Qədim ada Yaponiya ərazisində yerləşir. Ada yaxın vaxtlarda dayverlər tərəfindən tapılıb. Bu sualtı kompleks 27 metr dərinlikdə yerləşir. Kompleks böyük piləkənləri olan platformanı xatırladır. Bu piləkənlər üçbucaq şəkilli murəkkəb arnomentlərlə bəzədilib. Tapıntını öyrəndikdən sonra alimlər belə bir qərara gəlib ki, bu kompleksin yaşı 2-3 min ildir.
2. Qədim Heraklion
Bu şəhər haqda 200- ci ilə qədər heç bir məlumat olmayıb. Öz dövründə şəhər qədim yaşayış mərkəzi və liman olub. Gəmilər bu liman vasitəsilə Misirə çata bilirdilər. Bizim eradan əvvəl birinci əsrdə baş verən dəhşətli zəlzələ nəticəsində şəhər okean sularına qərq olub.
3. Üçüncü Reyxin xəzinəsi
Bu xəzinə ağırlığına görə, dünyada birincidir. Xəzinənin çəkisi 61 tondur. 1941-ci ildə faşistlər xəzinəni "ss Gairsoppa" gəmisi ilə aparmağa çalışıb. Həmin vaxtdanda xəzinə itmiş sayılır. “Odyssey Marine Expioration”x9d şirkəti xəzinənin axtarışına böyük vəsait sərf etdikdən sonra onun yerin müəyyən etmək mümkün olub. Bu günə qədər xəzinənin 20 faizi sudan çıxarıla bilib.
4. Lənətlənmiş zümrüdlər
Bu zümrüdləri tapmaq Cey Miscoviçə xoşbəxtlik gətirməyib . Bu adam bütün həyatını qədim xəzinələrin axtarışına sərf edib. Xəzinə Florida sahillərində tapılıb. Onu bir neçə milyon dollar qiymətləndiriblər. Bu tapıntı ilə jurnalistlərdən başqa FBI da maraqlanmağa başlayıb. Sonrakı hadisələr yeni milyonerin həyatını cəhənnəmə çevirib. Böyük təzyiq ilə üzləşən oğlan özünü öldürüb. Bununla da bu tapıntı “lənətlənmiş zümrüdlər”x9d adlanır.
5. Qədim kompyuter
Bu tapıntı okeanın dibindən 1900-cü ildə tapılıb. Antikiter mexanizmi ötən əsrin ən əsas tapıntısı sayılır. Alimlər belə hesab edir ki, bu tapıntını kompyuterin ilk analoqu hesab etmək olar. Qədim Yunan xalqları bu mexanizmin köməyi ilə astronomiya və riyaziyyat elmində böyük inkişaf əldə ediblər.(musavat.com)







































































































