İsveçrə bankının araşdırmasına görə, İsveçrənin Sürix şəhəri dünyanın ən bahalı şəhəridir.
Publika.az xəbər verir ki, İstanbul bu siyahıda 35-ci sırada yer alır. Qeyd edilir ki, Sürixdə 3 nəfərlik ailənin aylıq xərci 122, məhsul və xidmət üzrə isə 3600 dollardır. Həmin rəqəm Cenevrə üzrə 3500 dollar, Nyu-York üzrə 3340 dollar təşkil edir. Yeri gəlmişkən, rəqəmlərə mənzil kirayəsi daxil edilməyib. Aylıq xərclərə mənzil kirayəsi daxil edildikdə Nyu-York ən bahalı şəhərlər sırasında Sürix və Cenevrəni qabaqlayır.
Araşdırmada bildirilir ki, Sürix və Cenevrədə işçi bir hamburger almaq üçün 11 dəqiqə, Keniyada isə işçi hamburger almaq üçün 3 saat işləməlidir.
Bu arada dünyanın ən ucuz şəhərlərinin siyahısı da açıqlanıb. Ukraynanın Kiyev, Bolqarıstanın Sofiya və Rumıniyanın Bükreş şəhərləri ən ucuz şəhərlərdir.
Araşdırmada o da bildirilir ki, şəhər içi kütləvi nəqliyyat vasitələrinin qiyməti dünyada ortalama 1.5 avro təşkil edir. Müqayisəli təhlillər göstərir ki, Danimarkanın paytaxtı Kopenhagendə alınan biletlə Kiyevdə 285 kilometr səyahət etmək mümkündür.





























































































