YouTube Gaming bu gün istifadəyə verilir...

Hazırda oxunan: YouTube Gaming bu gün istifadəyə verilir...

92317

Moderator.az-ın verdiyi xəbərə görə, YouTube oyun platformu Twitch-ə rəqib olan yeni proqramı ”“ YouTube Gaming-i bu gün istifadəçilərin ixtiyarına verir. YouTube Gaming haqqında bilməyiniz lazım olan məlumatlar...

Google-un ən populyar video xidməti olan YouTube avqust ayının əvvəlində oyun istiqamətli proqramının testlərinə başladığını bildirmişdi. Beta mərhələsində olan YouTube Gaming proqramı adından da göründüyü kimi oyun yönümlü bir proqram olaraq qarşımıza çıxır. Twich-in rəqibi olması gözlənilən YouTube Gaming proqramında istifadəçilər həm söhbət edə, web camera ilə danışa, həm də sevimli oyunlarını təqib etməklə yanaşı, o cümlədən oyunları reytinqə uyğun sıralaya da bilərlər.

Beta mərhələsini sürətli bir şəkildə tamamlayan YouTube Gaming proqramı bu gün içərisində Google Play Store-da yayımlayacaq. Hələlik sadəcə Android istifadəçiləri üçün nəzərdə tutulan YouTube Gaming qarşıdakı aylarda İOS və Windows phone platformalarına da gəlməsi gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin