Bakıda yolun ortasında ölümlə rəqs edən yeniyetmələr - VİDEO

Hazırda oxunan: Bakıda yolun ortasında ölümlə rəqs edən yeniyetmələr - VİDEO

91487

«Bu gənclərə xatırladın ki, etdikləri çox təhlükəli hərəkətdir»

Tanınmış teleaparıcı İlkin Həsəni sosial şəbəkədə maraqlı paylaşım edib.Teleaparıcının paylaşdığı videoda görünür ki, 2 yeniyetmə şəhərin mərkəzində işıqforda dayanan avtomobilin arxasından yapışaraq xeyli yol qət edirlər. 

Aparıcı paylaşımında yazıb: «Bu gənclərə xatırladın ki, etdikləri çox təhlükəli hərəkətdir». Həmin yeniyetmələr artıq bir müddətdir Bakıda bu hərəkətləri hər gecə təkrarlayırlar. Onların hətta ölümlə üz-üzə qaldığı anlar da olub. Lakin öz əməllərindən əl çəkmirlər. İki gün əvvəl Avtosfer.az-ın əməkdaşları həmin yeniyetmələri Şəhidlər xiyabanı istiqamətdə qara rəngli avtomobildən sallanıb gedərkən müşaşidə ediblər.

Təəssüflə bildiririk ki, bəzən sürücülər də həmin yeniyetmələrə avtomobildən sallanıb getmək üçün şərait yaradırlar. Lakin hansısa xoşagəlməz hal baş verdikdə sürücünün də məsuliyyət daşıyacağını unutmayın!


Həmin görüntüləri təqdim edirik:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin