Ərinə və arvadına xəyanət edənlər ifşa olundu - 32 milyon nəfər barədə məlumatlar internetdə

Hazırda oxunan: Ərinə və arvadına xəyanət edənlər ifşa olundu - 32 milyon nəfər barədə məlumatlar internetdə

91327

Ailəli şəxslərə "gizli eşq" üçün tanışlıq saytı servisini təklif edən "Ashley Madison" haker hücumuna məruz qalıb.


Milli.Az Gizmodo-ya istinadən bildirir ki, saytda qeydiyyatdan keçən, ərinə və ya arvadına xəyanət edən 32 milyon nəfər barədə məlumatlar internetdə paylaşılıb.

Haker hücumunun "Impact Team" qrupu tərəfindən reallaşdırıldığı bəlli olub.
Qrup ötən ay sayta hücum etmiş, burada qeydiyyatdan keçmiş şəxslər barədə özəl məlumatlardan ibarət 40 meqabaytlıq faylı açıqlamışdı.
İndisə 9,7 qaqabaytlıq məlumat paylaşıb.
ABŞ-ın Federal Təhlükəsizlik Xidməti və Kanada polisi araşdırmalara başlayıb.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin