İnsan öldükdən sonra onun bədəni nə cür mərhələlərdən keçir?
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, öldükdən təxminən 30 dəqiqə içərisində bədəndə refleks deyə bir şey qalmır.
Gövşəyən əzələlərə görə ağız və göz qapaqları açıq qalır. Boşalma sistemi tamamilə işə salınır və nəticədə sidik və sperma axıntısı meydana gəlir.
Ölümdən etibarən ortalama 10 saat içərisində bədən sərt vəziyyətdə olur. Əgər ölüm hadisəsi adrenalini yüksək olduğu vaxtda reallaşıbsa, bədən eyni anda bərkiməyə başlayır.
Döyüşdə ölən insanların vuruldukları şəkildə bərkimələr də buna görə olur. Ölüm anından sonra cəsəd hər saat orta hesabla 1 dərəcə soyuyur. Kiloluların daxili orqanları daha gec, uşaqların və zəiflərin bədəni ortalamadan daha tez soyuyur.
Ölümün reallaşmasından 24 saat sonra bədən çürüməyə başlayır. Tənəffüsün dayanması bakteriyalar üçün işarə olur və onlar işə başlayırlar. İlk çürüyən orqanlar isə göz, beyin, mədə və bağırsaqlardır.
Ən gec çürüyən bədən hissələri isə ürək, sidik kisəsi, böyrək və rahim (matka). Rəhmin çürüməsi aylarla davam edir. İlk çürüyən yer olan mədə və bağırsaqlarda bakteriyalar sıx olduqları üçün sürətlə qaz ortaya çıxır. Bu qaz qarın bölgəsinin şişməsinə səbəb olur.
Dərinin üstü isə sanki yanmış kimi olur, su buraxır və qaralmağa başlayır. Dərinin çəkilməsi və çürüməsi üzündən dırnaqlar ortaya çıxdığı üçün uzadılmış kimi görünür. Bədənin ölməsiylə birlikdə bütün fəaliyyətlər bitdiyi üçün dırnaq və saç uzanması mümkün deyil. Məzardan gələn səslər çürümə prosesinin bir nəticəsidir.
Bakteriyalar içdən məhv edilir, çöldən də ət ağcaqanadı gözə və burna sürfə buraxır. Bu ağcaqanadlar yeməkləri bitənə qədər burda qalır və ölür.
































































































