“Azərbaycan Yerin müqəddəs Kəbəsidir”x9d- Rövşən Əliyev

Hazırda oxunan: “Azərbaycan Yerin müqəddəs Kəbəsidir”x9d- Rövşən Əliyev

84656


“Bu torpağa xoş niyyətlə ayaq basan hər kəs müqəddəs ziyarətdədir və çarıqlarını çıxarıb təzim etməlidir”x9d.

Bu sözlər təqdiqatçı Rövşən Əliyevin bu gün ölkənin mətbu orqanlarına ünvanladığı məktubundandır. Həmin məktubunda tədqiqatçı ərsəyə gətirdiyi yeni video-filminin rus, türk, Azərbaycan dillərindəki versiyalarının linklərini də redaksiyamıza göndərmişdir. Moderator.az oxucular üçün maraqlı olacağını nəzərə alıb məktubu və video-filmləri təqdim edirik:

 

"Azərbaycan nə İslam, nə Avropa mədəniyyətinin mərkəzi, nə də hər hansı beynəlxalq tədbirlərin simvolik  bayraqdarı deyil.  Azərbaycan bəşəriyyətin ilkin təfəkkürü, mədəniyyəti, şüuru, yaradılışının şərəfli əvvəli və sonudur. Sözün başlandığı və bitdiyi məkandır. Azərbaycan yerin müqəddəs Kəbəsi, uca Yaradanın hikmətlər dolu sirrlər xəzinəsidir. Bu torpağa xoş niyyətlə ayaq basan hər kəs müqəddəs ziyarətdədir və çarıqlarını çıxarıb təzim etməlidir. Odur ki, cənablar bizləri dərin yuxuya vermiş dünya həyatının keşməkeşli problemlərini bir anlıq kənara qoyub özümüzü, elimizi, əvvəlimizi və sonumuzu tanımaq üçün “Son Hikmətlər”x9d adlı sənədli filmi və “Əbədi Çağırış”x9d adlı şərhi izləyin!

Müqəddəs Evan nəslinin təməli, əfsanəvi”x9d Qaf”x9d dağı doğma vətənimizdədir. Atəşgahın, Qız qalasının, Bibiheybətin başqa dünya tarixi və mədəni irsinin nümunələrindən olan Misir, Livan, İran, Çin, Amerika və s. ölkələrdəki abidələrlə əlaqələri və bu günə qədər eşidilməmiş tilavətçi interpretasiyası. Həqiqi “Yaradılış”x9d Adəm və İblis məvhumunun gerçəklikləri Azərbaycanda və Azərbaycandan eşidiləcək. “Azərbaycan dünyaya günəş kimi doğacaq”x9d  və bu dəfə hər kəs azərbaycanlı olduğu ilə fəxr edəcək!

 Buyurun, diqqətlə izləyin!

Məlumat üçün bildiririk ki, sosial şəbəkələrdə Rus və Türk dilində dublyaj edilmiş versiyası yayımlanmışdır. Rus dilində versiya NTV, RTR və başqa kanallara təqdim edilmişdir. Lakin qısqanclıq yalnız məlumatların oradan götürülməsi ilə nəticələnmiş və yayımlanmamışdır. Yalnız şərh Türk və Rus dillərində yayımlanmışdır".


( film Azəricə) (film Rusca) (film Türkcə) (şərh Rusca) ( şərh türkcə)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin