Quba sakini bağında limon yetişdirir -VİDEO

Hazırda oxunan: Quba sakini bağında limon yetişdirir -VİDEO

84559
Azərbaycanın şimal regionu rütubətli olduğundan subtropik bitkilərin yetişməsi üçün əlverişli deyil. Lakin xüsusi qayğı göstərməklə Qubada da limon yetişdirmək mümkündür. 

Rayonun Zərdabi qəsəbə sakini 67 yaşlı Tahir Ağayev uzun illərdir ki, bu bitkilərin qayğısını çəkir. 25 ildən çoxdur ki, bağında limon yetişdirən Tahir Ağayev bəhər verən 3 limon ağacından il ərzindən 1500 ədəd meyvə dərdiyini bildirir. Lakin bu məhsulu yetişdirmək heç də asan deyil.

Limon ağaclarının üzəri payız və qış aylarında xüsusi örtük vasitəsilə bağlanılır. Yay aylarında isə, bu ağacları daha çox suvarmaq lazım olur. Tahir Ağayev bol məhsul almaq üçün ağaclara verilən suyun da böyük əhəmiyyəti olduğunu bildirir.

Subtropik bitkilərin tingləri Qubaya Astara rayonundan gətirilərək calaq edilib. Bağban Tahir Ağayev gələcəkdə bağında ananas və banan da yetişdirməyi planlaşdırır. (Region TV)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin