Bazardakı bütün ağıllı telefonların qiymətləndirildiyi bir siyahıda iPhone modelləri geridə qalıb.
Moderator.az -ın verdiyi xəbərə görə, bu siyahının çempionu Samsung Galaxy S6 Edge oldu.
Keçdiyimiz həftələrdə ölkəmizdə də önə edilən Sony Xperia Z3 + modelinin kamerası təəcübləndirib. DxOMark tərəfindən edilən testlərdə və müqayisələrdə Sony Xperia Z3 + -un kamerası, bazardakı ən yaxşı üçüncü ağıllı telefon kamerası seçildi. Sony, Xperia Z3 +, Galaxy S6, iPhone 6 və iPhone 6 Plus kimi telefonların önünə keçməyi bacarıb.
Foto və video çəkiliş qabiliyyətləri mövzusunda ayrı-ayrı qiymətləndirmələr, müqayisələr və dəyərləndirmələr edən DxOMark, Sony Xperia Z3 + -un fotoşəkil qabiliyyətlərinə 100 üzərindən 84 bal, video qabiliyyətlərinə isə 79 bal verib. İki balın ortalaması alınaraq Xperia Z3 + 82 xala sahib olub.
Birinci sıradakı Samsung Galaxy S6 Edge 86 balı var, Samsung Galaxy Note 4 isə 83 xala sahibdir. 82 xala sahib olan Xperia Z3 + bu şəkildə siyahının üçüncü sırasına yerləşmiş oldu. Tam sıralamanı və Xperia Z3 + -un geridə buraxdığı modelləri görmək üçün yuxarıdakı cədvələ baxa bilərsiniz.































































































