Qəssabdan ət aldı, evdə canlandı - VİDEO

Hazırda oxunan: Qəssabdan ət aldı, evdə canlandı - VİDEO

83685
Çinin Şandonq əyalətində qeyri-adi hadisə baş verib. 

Bir qadın qəssabdan aldığı bir parça əti evə gətirəndən sonra ət parçası "canlanıb". Qadın əti bişirmək üçün soyuducudan götürüb masanın üstünə qoyanda ət parçasının sanki ürək döyüntüsü kimi tərpəndiyini görüb. 

Gördüklərindən şoka düşən qadın cəld oğlunu çağırıb. Oğlan canlanan əti telefonla videoya çəkib və internetdə paylaşıb.

Bir bioloq isə bunun nadir hadisə olsa da mümkün olduğunu bildirib. O, ət parçasında titrəmələrin və əzələlərin tərpənişinin onun üzərindəki sinir ucları ilə bağlı olduğunu deyib. 

Məsələ burasındadır ki, heyvan kəsilən zaman mərkəzi sinir sistemi ölsə də, sinir ucları heyvan kəsiləndən bir müddət sonra da yaşaya bilər. Buna görə də bəzi şəraitlərə və temperatura reaksiya verə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin