Almaniyada kritik hicab qərarı...

Hazırda oxunan: Almaniyada kritik hicab qərarı...

83394
Moderator.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Almaniyada Şimali Reyn-Westfalya əyaləti parlamenti məktəblərdə qadın müəllimələrə qoyulmuş hicab qadağasını ləğv edib.

Əyalət məclisindəki səsvermədə qadağanın ləğv edilməsinə Sosial Demokrat Partiyası, Yaşıllar və Xristian Demokratlar Birliyi ilə Piratlar Partiyası "bəli" deyərkən, Liberal Azad Demokrat Partiyası "xeyr" səsi verib.

Beləliklə, müəllimələr bundan sonra ölkənin ən böyük və ən çox əhalisi olan əyalətində hicablı olaraq da peşələrini icra edə biləcəklər. Şimali Reyn-Westfalya əyalətində bir milyona yaxın Türkiyə mənşəli mühacir yaşayır. Federal Konstitusiya Məhkəməsinin keçən mart ayında məktəblərdə hicab qadağasının prinsip olaraq qadağan olunmasının konstitusiyaya zidd olduğuna hökm etməsindən sonra əyalətlər hicab qadağasını ləğv etmək üçün hərəkətə keçib.

Almaniyada məktəblərdə müəllimələrə qoyulmuş hicab qadağasını ləğv edən ilk əyalət isə Bremen olmuşdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin