ANS-in efirində yayımlanan “Uşaqdan-böyüyə”x9d verilişinin 6 iyun buraxılışında yaşanan maraqlı məqam sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. .
Verilişdə iştirak edən azyaşlı uşaq televiziya kanallarında yayımlanan bəzi verilişləri tənqid edib. O, aparıcı İrəm xanımın “Verilişlərə baxırsanmı? Verilişlərimizdə nələr olur?”x9d sualına gözlənilməz cavab verib: “Biri gəlir atasını biabır edir, biri gəlir anasını biabır edir, biri də gəlir bacısını biabır edir. Problemin var, get evində həll elə. Niyə camaatın verilişində hamını biabır edirsən?”x9d
Ətraflı videoda baxa bilərsiniz:































































































