İnternetdə yayılan bu videonun insanlar tərəfindən maraqla qarşılanacağına əminik.
Belə ki, YouTube kanalında yayılan videoda Sofa adlı rus qız ağlayaraq, atasından onu Bakıya aparmasını istəyir.
Uşağın ağladığını görən atası Sofadan nə olduğunu soruşduqda, uşaq ən böyük istəyinin Bakıya getmək olduğunu bildirir. Atası uşağın Bakıya getmək istəyinin səbəbini soruşduqda Sofa “Orda oyuncaqlar var”x9d - deyir. Anası ona kömək olsun deyə “de ki, orda dəniz var" ”“ deyə, əlavə edir.
Buradan məlum olur ki, ana-bala bu yay istrahətini Bakıda keçirmək istəyirlər və evin böyüyünə istəklərini belə bildirirlər.
Moderator.az videonu oxuculara təqdim edir:




































































































