Hitlerin son şəkli yayıldı - FOTO

Hazırda oxunan: Hitlerin son şəkli yayıldı - FOTO

77673
KİV-lərdə faşist Almaniyasının başçısı Adolf Hitlerin ölümündən cəmi bir neçə saat əvvəl çəkilmiş sonuncu fotosu yayılıb. Musavat.com-un məlumatına görə, foto ilk dəfə “Businessinsider”x9d portalında dərc edilib.
 
Bildirilir ki, şəkil 1945-ci il aprelin 30-da nasist liderin Berlindəki dəftərxanasının həyətində, bunkerin ağzında çəkilib. Ehtimala görə, füreri onun şəxsi mühafizəsindən olan zabitlərdən biri tarixin yaddaşına köçürüb.
 
Şəkildə Hitler şəhərdəki durumu qiymətləndirmək üçün öz bunkerindən çıxır. Lakin Berlin kvartallarına Sovet Ordusu əsgərlərinin hücumunu eşidəndən sonra intihar qərarı verir. 
 
Hitlerin cəsədi yeraltı sığınacaqdakı otaqda, başında güllələnmiş şəkidə tapılıb. Onun xanımı Yeva Braun həmrəylik kimi zərər içərək Hitlerin ardınca özünə qəsd edib. Həmçinin, Üçüncü Reyxin sevimli iti də öldürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin