“İnterros”x9d şirkətinin prezidenti Vladimir Potanin “Forbes”x9d jurnalına görə, ilk dəfə olaraq Rusiyanın 200 ən zəngin iş adamının içərisində siyahıya başçılıq edib.
Jurnal Potaninin sərvətini 15,4 milyard dollar məbləğində dəyərləndirib. Ötən il reytinqdə səkkizinci yerdə qərarlaşan biznesmennin builki gəliri 2,8 milyard dollar artıb. Siyahıda ikinci yerdə isə “Alfa-qruppa”x9dnın mülkiyyətçisi Mixail Fridman yer alıb.
Jurnalığın ilk onluğuna “Renova”x9dnın sahibi Viktor Vekselberq (14,2 milyard dollar), “Severstali”x9dnin baş direktoru Aleksey Mordaşov (13 milyard dollar), “Lukoyl”x9dun prezidenti Vahid Ələkbərov (12,2 milyard ollar) kimi zəngin iş adamları daxildir.































































































