Azərbaycanlı jurnalistlər nəsli kəsilməkdə olan İran lanı milli parkında olublar.
Parkın rəhbəri Behnam Hadinejad bildirdi ki. 1956-cı ildə BMT ətraf mühitin mühafizə əməkdaşları bu heyvan növünün tamamilə məhv olması təhlükəsi ilə üzləşdiyindən onu qırmızı kitaba salıblar və bu nəsil növün artırılması barədə qərar qəbul edilib.
Bu məqsədlə 1963-cü ildə Mazandaranda Dəşte-naz milli parkı yaradılıb. O zaman BMT əməkdaşları və Alman mütəxəssisləri İranın Xuzestan əyalətinin Kərxə bölgəsindən 6 ədəd həmin heyvandan tapılaraq bu qoruğa gətirilib və 2 ədədi isə nəslinin artırılması məqsədi ilə Almaniyaya aparılıb. Bu növ Lanlar vəhşi təbiətdə deyil, nəzarətdə saxlanılır. Çünki bunların vəhşi təbiətdə yaşamasına təhlükə riski böyükdü. Ona görə də bu heyvanlar nəzarət altında qoruqlarda saxlanılır. O dövrdən indiyədək bu növ Lanların sayı assumluasiya yolu ilə artırılaraq 450 ”“yə çatdırılıb. İranın digər bölgələrində bu növ lanların artırılması üçün burda çoxaldıqca digər milli parklara verilibdir. Hazırda bu parkda 40 yaxın İran lanı mövcuddur. Elə bu günlərdə yeni bala verdi.
Azərbaycanlı jurnalistlər bağda olarkən nadir hədisənin şahidi oldular. İki lanın yeni doğuş proses baş verdi və balası dünyaya gəldi. Jurnalistlər bu prosesi lentə almaq istəsə də qoruq rəhbərinin xahişi ilə bunu etmədilər.
İran Lanı əsasən Mazandaran əyalətinin Dəşt Naze qoruğunda, Urmiya gölünün Kəbudan və Əşq adalarında, Fars əyalətində Pərişan qoruğunda mövcuddur. Bundan başqa İranın və dünyanın bir çox Bioloji Araşdırma mərkəzlərində bu növ heyvan saxlanılır.
İran Lanı Azərbaycanın xallı ceyranı ilə oxşarlığı vardır. Belə ki, bu heyvanlar da sarı-qızılı rəngdə olub, belində və yan tərəflərində ağ xallar olur. Erkək Lanlar bədən ölçülərinə və buynuzlarına görə dişi lanlardan seçilir. Erkək lanların enli və uzun buynuzları olur. Bu heyvan ildə bir dəfə əsasən qış fəslində buynuzunu tökür və yenisi ilə əvəzləyir. İran Lanı Avropa Lanı ilə eyni tayfadan olsa da bir az böyüklüyü ilə fərqlənir.
İran lanı 2013-cü ilin yay aylarına kimi Xuzestan əyalətinin Kərxə və Daz bölgəsində vəhşi təbiətin qoynunda az sayda olsa da yaşayıblar. Lakin səbəbi bəlli olmayan xəstəliyə tutulan bu lanların vəhşi təbiətdəki nəsli tamamilə məhv olub.
































































































