ANS PRESS məşhurların dünyanın ən gözəl hissini dadıqları yaşları təqdim edir.
Müğənni Sibel Can - üç uşaq anasıdır. İki övladını dünyaya gətirəndə 20 yaş ərəfəsində olub. Ən kiçik oğlunu isə 30 yaşında dünyaya gətirib.
Model Çağla Şikel - ilk oğlu Kuzeyi 30, ikinci övladı Uzayı isə 33 yaşında qucağına alıb.
Müğənni Demet Akalın - 42 yaşında, yəni ötən il ilk qızını dünyaya gətirib.


Müğənni Gülben Ergen iki dəfə hamilə qalıb. Birinci oğlunu 35, əkizlərini isə 37 yaşında dünyaya gətirib.
Aktrisa Holli Berri - ilk qızını dünyaya gətirəndə 42 yaşı var idi. Beş il sonra isə oğul anası olub.
Müğənni Hülya Avşar 35 yaşında ana olub. Onun yeganə qızının adı Zəhradır.



Cennifer Lopez uzun müddət ana olmağa çalışıb. Lakin 39 yaşında əkiz anası olub.
Dünyanın ən tanınmış qadınlarından olan Viktoriya Bekhem 4 uşaq anasıdır. Onun ilk oğlu 24, ikincisi 28, üçüncüsü 30 yaşında anadan olub. Qızını dünyaya gətirəndə isə 37 yaşında olub.
39 yaşlı Milla Yavovic bir müddət öncə ikinci dəfə ana olub. İlk uşağını isə 31 yaşında qucağına alıb.



Keyt Uinslet gənc analardandır. O bu adı ilk dəfə 25, ikinci dəfə isə 38 yaşında alıb.
Doutzen Kroes erkən ana olan tanınmışlardandır. O ilk körpəsini dünyaya gətirəndə 25 yaşında olub. İkinci dəfə isə 29.
Dünyanın ən seksual modellərindən olan Adriana Lima ilk qızına 28, oğluna isə 31 yaşında qovuşub.



Ən güclü səslərdən Meray Kerri də əkiz anasıdır. O gec yaşında- 41-də ana olub.
Meqan Foks iki övladını bir il fasilə ilə dünyaya gətirib. 26-27 yaşında ana adına layiq görülüb.
Türkiyənin "Hürrəm sultanı" Məryəm Üzərli 32 yaşında Almaniyada qızı Laranı dünyaya gətirib.



İllərə meydan oxuyan Monika Belluci böyük qızını 39, kiçiyini isə 46 yaşında dünyaya gətirib.
Natali Portman ana olanda 31 yaşı var idi.
"Mələk" model Alessandra Ambrosio iki uşaq anasıdır. O, 27 və 31 yaşlarında ana olub.



Tanınmış Hollivud aktrisası Salma Hayek ilk dəfə 41 yaşında qız anası olub.
Sarışın gözəl Skarlett Yohansson 29 yaşında qızını qucağına alıb.
Bakıda da konsert proqramı ilə çıxış edən Şakiranın oğlanları arasında iki yaş fərq var. O, ilk övladı Milanı 36, Saşanı isə 38 yaşında dünyaya gətirib.




































































































