Dünyanın ən yaxşı maşını seçildi

Hazırda oxunan: Dünyanın ən yaxşı maşını seçildi

74756
"Mercedes-Benz" 2015-ci il üçün dünyanın ən yaxşı avtomobili seçilib.

ANS PRESS-in məlumatına görə, hər il keçirilən WCOTY - "World Car of the Year" müsabiqəsinin bu dəfəki qalibi Nyu-Yorkda elan edilib. Dünyanın ən yaxşı avtomobili nominasiyası uğrunda 24 şirkət mübarizə aparıb. 

Finalda "Ford"un Mustang və "Volkswagen"in Passat modelləri "Mercedes-Benz"in C-sinifinin rəqibi olub. Müsabiqənin ümumi nətəcəsinə əsasən"Mercedes-Benz" dünyanın ən yaxşı avtobili adına layiq görülüb.

Ən yaxşı maşınlar dörd xüsusi kateqoriya üzrə seçilib: ən lüks avtomobil (World Luxury Car) "Mercedes-Benz"in S-Coupe modeli, idman avtomobili (World Performance Car) ”“ "Mercedes-AMG"in GT kupesi, ən ekoloji təmiz (World Green Car-a) "BMW" i8, ən yaxşı dizayna görə (World Car Design) "Citroen"in C4 Cactus modeli mükafata layiq görülüb. 

Müsabiqənin münsiflər heyəti dünyanın 22 ölkəsindən olan ixtisaslaşmış nəşrlərin 75 jurnalistindən ibarət olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin