Azərbaycanın da döyüş oyunu yaradıldı - VİDEO (16 +)

Hazırda oxunan: Azərbaycanın da döyüş oyunu yaradıldı - VİDEO (16 +)

69098
Azərbaycanda mobil telefonlar üçün “Fatal Fight”x9d adlı yeni oyun hazırlanıb. Oyunun müəllifi olan TOR MMC-nin baş direktoru Toğrul Səmədov bildirib ki, sınaq mərhələsi davam edən oyun Android sisteminin həvəskarları üçün artıq istifadəyə verilib.

Hazırlıq mərhələsinin xeyli vəsait tələb etdiyini vurğulayan T. Səmədov hazırladıqları oyunu bir müddət sonra İOS sistemi istifadəçiləri, Facebook və Vkontakte sosial şəbəkələrinin ziyarətçiləri üçün də istifadəyə verəcəklərini bildirib.xa0

Əsas komandası 7 nəfərdən (ümumilikdə 14 nəfər) ibarət olan və 6 ay müddətində hazırlanan bu oyunun vizual effektləri “Mortal Combat”x9d, Gameplayi isə ”x9dThimberman”x9d oyununun (sağ sol düymələri vasitəsilə idarəolunma) motivləri əsasında hazırlanıb.xa0

Sadə idarə olunan, lakin cəldlik tələb edən döyüş üslubunda olan oyunu Android sisteminin istifadəçiləri “Playstore”x9ddan yükləyə bilərlər - xa0//play.google.com/store/apps/details?id=fatal.fight

Qeyd edək ki, oyunun yaş həddi 16 yaşdan yuxarıdır. (report.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin