Siyahını ingilis ədəbiyyatının ən məşhur yazıçısı Çarls Dikenslə başlayaq. Nə qədər qəribə səslənsə də, yazıçı boş vaxtlarında istirahət etmək üçün parka yox, morqa gedirmiş. Saatlarla morqda oturan Çarls cəsədlərin morqa necə gətirildiyini, yarıldığını və dəfnə hazırlandığını müşahidə edərək bütün əsəb və gərginliyi unutduğunu iddia edirdi.
Amerikalı yazışı Edqar Alan Po isə qaranlıqdan qorxan məşhurlardandır. Çoxları bunu onun qəbiristanlıqda təhsil alması ilə bağlayırlar. Məsələ burasındadır ki, Edqarın təhsil aldığı məktəbdə heş bir şərait olmadığından müəllimləri şagirdləri yaxınlıqdakı qəbiristanlığa aparır, qəbirlərin üstündəki doğum və ölüm tarixlərini göstərək uşaqlara hesab dərsləri öyrədirdilər. Bəlkə də elə bu səbəbdən idi ki, Po-nun hekayələri əsasən qorxunc hadisələr üzərində qurulurdu.
Qəribə vərdişə malik dahilərdən biri də fransalı Onore de Balzak idi. Ilham pərilərinin ancaq qaranlıq düşəndə onu ziyarətə gəldiyini deyən yazıçı bəzən saatı geri və ya irəli çəkir, pərdələri bərk-bərk bağlayıb gecə effekti yaratdıqdan sonra yazı masasının arxasına otururmuş.
Digər bir fransalı yazıçı Gi De Mopassan isə turistlərin sevimli məkanı, Parisin isə əsas simvolu olan Eyfel qülləsinə nifrət edirdi. Lakin buna baxmayaraq, Mopassan demək olar ki, hər gün qüllədə yerləşən restorana nahara gəlirmiş. Niyə belə etdiyini soruşanda Mopassan, “Bura yeganə yerdir ki, lənətə gəlmiş qüllə görünmür”x9d deyə cavab verirdi.

































































































