Lənət, insanların bir çoxunun inanmadığı bir anlayış olsa da, tarix boyu baş verən bir çox hadisələr, bəzi insanların, ailələrin və ya hətta əşyaların lənətlənmiş olduğunu təsdiqləyir. Məhz lənətin bir gerçəklik olduğunu düşündürən hadisələrindən birini, dünyanın ən qiymətli brilyantının yaşatdığı faciələri Moderator.az oxucularına təqdim edir.
112 karatlq brilyantın lənəti
Sahiblərinə gətirdiyi uğursuzluqlarla məşhurlaşan, dünyanın ən bahalı və ən böyük brilyantı olaraq tanınan 112 karatlık bu zərgərlik əşyasının lənəti, 1610-cu ildə Fransız zərgər Jan Baptiste Bavernier tərəfindən Hindistandakı İlahə Shiva heykəlindən oğurlanandan sonra başlayır. Qiymətli brilyant oğurlanandan sonra keşişlər deyir ki, onu oğurlayan bilmir ki, bu brilyant Tanrı Shivaya verilmiş bir hədiyyədir. Bir başqasına uğursuzluq gətirəcək. Gec ya tez o, yenidən öz sahibinə qaydacaq.”x9dFransız zərgər oğurladığı brilyantı Fransa kralı 14-cü Louise bağışlayır. Kral almazdan ona bir tac hazırlanmasını öz zərgərinə tapşırır və brilyantı ona verir. Ancaq həmin gecə zərgərin oğlu bilinməyən bir səbəbdən intihar edir. Oğlunun ölümünə dözə bilməyn zərgər də bir neçə gün sonra iflic olur. Daha sonra həmin brilyantla bəzənmiş tacı başına qoyan kral Lui, ölkəsini tam bir bataqlığa sürükləyir.
Brilyant daha sonra əl dəyişdirərək yeni kral 15-ci Lüdovikə qismət olur. Kral gənc yaşında çiçək xəstəliyindən ölür. Brilyant bu dəfə 16-cı Lüdovik və Mariya Antoinettenin əlinə keçir. Təxmin ediləcəyi kimi, onlara da bədbəxtlik gətirir. Fransada inqilab baş verir və onların başı gilyotinlə kəsilərək öldürülürlər. 1792-ci ildə lənətlənmiş brilyant oğurlanaraq ortadan yox olur. Bu zaman kimlərə, nə olduğu bilinmir. Ən sonunda Londonda olduğu zaman Henri Filip Hopeun kolleksiyasına daxil olur. Burada onun adı "Ümid daşı" adlandırılır. Kolleksiyaçıya bir şey olmasa da, brilyantın sonrakı sahibi onu alar-almaz intihar edir.
1907-ci iləd Sultan Əbdülhəmidin əlinə keçən brilyant, bir il yarımdan sonra Əbdülhəmidin taxtdan düşməsinə səbəb olur. Əldən ələ keçərək doğrandığından lənətlənmiş brilyant hazırda 45 karatdır. Ən son Walsh Mc Lean tərəfindən alınır. Bu qiymətli daşın gətirdiyi bədbəxtlikləri bilən iş adamı, ruhaniləri çağırır ki, bu daşa dua oxusunlar. Dua oxunan zaman şimşək çaxmağa, göy guruldamağa başlayır. Amma onu alan iş adamı brilyantdan canını tez qurtarır. Hazırda Vaşinqtondakı muzeylərdən birində saxlanılan bu qiymətli daşın, nə vaxt təkrar insanlar arasına daxil olub-olmayacağı və onlara hansı bədbəxtlikləri gətirəcəyi çox maraqla izlənilir.

































































































