Şirkətlərin keçmiş və indiki əməkdaşlarının iş şəraiti haqda anonim təəssüratlarını paylaşdığı “Glassdoor”x9d saytı ən yaxşı iş şəraiti təqdim edən 50 şirkətin illik reytinqini dərc edib.
Moderator.az -ın "ICTnews"a istinadən məlumatına görə, cari ildə “Google”x9d ən yaxşı iş yeri seçilib. Sözügedən şirkətdə 8 il işləmiş keçmiş işçi yazır ki, internet nəhəngi öz əməkdaşlarına dünya səviyyəsində qulluq göstərir. Bundan əlavə, əməkdaşların dünyanın ən yaxşı istedadlarının yanında işləmək imkanı var.
"Səhər yuxudan oyandıqda çalışdığın şirkətin hava şarlarının köməyi ilə ucqar regionları internetlə təmin etməyə hazırlaşdığını eşitmək əla xəbərdir”x9d ”“ deyə şirkətin keçmiş əməkdaşı təəssüratlarını bölüşüb.
“Bain & Company”x9d konsaltinq şirkəti reytinqdə ikinci pillədə qərarlaşıb. Burada işçilər çox gərgin, amma ruh yüksəkliyi ilə işləyirlər və keçmiş əməkdaşlar həmişə yeni işçiyə kömək edir. Üçüncü pillədə təkraredilməz korporativ mədəniyyətə malik “Nestlé Purina PetCare”x9d şirkəti yer alıb.
İT sənayesinin ən nəhəng şirkətlərindən hesab edilən “Facebook”x9d reytinqdə 13-cü, “Adobe”x9d 18-ci, “Apple”x9d 22-ci pillələrdə qərarlaşıb.































































































