1035 at gücündə "Ferrari"

Hazırda oxunan: 1035 at gücündə "Ferrari"

63898
İlin sonuna sayılı günlər qalmış dünyanın ən sürətli lüks idman maşınlarının istehsalçısı olan "Ferrari" sürpriz edib. ANS PRESS-in məlumatına görə, "Ferrari"nin yeni modeli nə az, nə çox düz 1035 at gücündədir. 

Lüks maşın gələn həftə Dubayda keçiriləcək avtoşouda təqdim ediləcək. 

İtaliyan şirkətin yeniliyi yollara çıxa biləcək ən sürətli maşındır. "FXX-K" modeli 3 saniyədə 0-100 kilometr sürət yığa bilir. Maşının mühərrikinin 1035 at gücünün 847-i ənənəvi V12 mühərriki, qalan 188 at gücü isə elektrikli mühərrikdən təmin edilir. 

Lüks avto istehsal edən şirkətin son ən sürətli modelinin satış qiyməti 3.5 milyon dollar idi. 

ANS PRESS ən sürətli lüks maşının görüntülərini təqdim edir. 











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin