Yerüstü dünyanın öz rəssamları var: Pablo Pikasso, Vinsent van Qoq, Leonardo da Vinçi, Salvador Dali, Anri Matiss, Pol Qoqen, Renuar...
Yəqin ki, çox az adam məşhur rəsm əsərlərinin böyük sirlərinin olduğunu bilir. "Mona Liza"nın gülüşü, Rembrandtın tənbəl gözü...
Portret janrında çəkilən rəsm əsərlərinin yarıdan çoxunda müəlliflər öz qəhrəmanlarını sifətlərinin sağ tərəfə əyilmiş və sol yanağı görünmüş halda təsvir edirlər. Bu nə ilə bağlıdır? Bəlkə beynimizin də qəribə halda sağ tərəfə meyllənməsinin təsirindəndir?
İndiyə kimi çəkilən bütün təsviri sənətin hamısı göz önünə gətirilərsə, o zaman İsa peyğəmbərin çarmıxa çəkilmiş formada rəsmlərində də eyni formanı yada sala bilərik. 2000 il boyunca heç nə dəyişməyib: İsa həmişə üzü sağ tərəfə baxacaq və sol yanağı görünəcək.
Hətta, bizə yaxşı tanış olan şedevr əsərlərin belə sirləri var. Az qala hər qiymətli incəsənət əsərinin özünün sirri və tapmacası olur ki, onun «ikiqat dibi”x9dndə bütöv bir tarixçə yata bilər.
Yeraltı dünyanın da öz rəssamları, öz sənət əsərləri var.
Yeraltı dünya onsuz da yerüstü insanlar tərəfindən tam kəşf edilməyib və orada qeydə alınan əsrarəngiz gözəlliklər, rəssamlar kimi iti düşüncəyə malik olan varlıqlar haqda çox az bilirik.
Videoda gördüyünüz bu balıq qum üzərində çəkdiyi rəsm əsəri ilə heç də Salvador Dalidən geri qalmır. Bu, erkək balıq dişi balığın sevgisini qazanmaq üçün nəyə qadir olduğunu nümayiş etdirib.
Qeyd edək ki, noyabr ayının 19-da youtube-yə qoyulan bu video artıq 341 min dəfə baxlıb, mindən çox izləyici tərəfindən isə “like”x9d edilib.
Moderator.az aznews.az -a istinadən həmin videonu sizə təqdim edir.


































































































