Bakının mərkəzində “avtoş”x9d DYP ilə qovdu-qaçdı oynadı - VİDEO

Hazırda oxunan: Bakının mərkəzində “avtoş”x9d DYP ilə qovdu-qaçdı oynadı - VİDEO

62112
Sürücü bu cür “qəhrəmanlığı”x9d lentə almaq qərarına gəlib.

Sosial şəbəkələrdə “avtoş”x9dun DYP əməkdaşı ilə necə qovdu-qaçdı oynadığı görüntülər yayılıb.

Bakının Nəsimi rayonu ərazisində sürücüsü məlum olmayan avtomobil, 10 YP 530 dövlət nömrə nişanlı “BMW”x9d markalı avtomobildə olan DYP əməkdaşları tərəfindən “saxla”x9d əmrinə tabe olmayaraq qaçıb.

Avtomobilin sürücüsü çox sayda yol qayda pozuntusu törədərək onu təqib edən DYP avtomobilindən qaçmağa müvəffəq olub.

Sürücü bu cür “qəhrəmanlığı”x9d lentə almaq qərarına gəlib və yaymağa başlayıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 296-1. maddəsinə əsasən avtoxuliqanlığa görə nəqliyyat vasitələrini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. (oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin