“Nokia”x9ddan yenilik: - “Android”x9dli planşet-VİDEO

Hazırda oxunan: “Nokia”x9ddan yenilik: - “Android”x9dli planşet-VİDEO

62078

Nokia”x9d şirkətinin mobil telefon bazarını tərk etməsinə baxmayaraq, Finlandiya şirkəti “Android”x9d əməliyyat sistemini diqqət mərkəzində saxlayır. Bu gün elan edilmiş yeni “Nokia N1”x9d planşet kompüteri məhz adı çəkilən əməliyyat sistemi ilə işləyir.

Moderator.az  "ICTnews"a istinadən bildirir ki, yeni cihaz 2048x1536 piksel təsvir ölçülü, IPS matrisli, işıq diodu işıqlandırıcısı və “Gorilla Glass 3”x9d qoruyucu şüşəsinə malik 7,9 düymlük ekranla təchiz edilib. Cihaz 2.3 QHs takt tezlikli 64 bit “Intel Atom Processor Z3580”x9d prosessoru, 2 QB əməli yaddaş və “PowerVR G6430”x9d qrafik sürətləndiricisi ilə təchiz edilib.

Daxili yaddaşın tutumu 32 QB təşkil edir. Əsas kamera 8 meqapiksellik təsvir ötürücüsünə malikdir. Selfi və videozənglər üçün “Full HD”x9d formatında video çəkmək imkanına malik 5 meqapiksellik ön fotomodul nəzərdə tutulub.

Qurğu 5300 milliamper/saat tutumu akkumulyator batareyası ilə təchiz edilib. Məhsulun korpusu 6.9 mm qalınlıqlı alüminiumdan hazırlanıb. Planşet “Android”x9d əməliyyat sistemindən istifadə edir.

“Nokia N1”x9d modelinin qiyməti 250 dollar təşkil edəcək. İstehsalçı qurğunun satışa çıxarılma müddətini açıqlamayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin