Ukraynanın Lvov şəhərində yaşayan Slavik adlı “bomj”u dünyanın ən dəbli dilənçisi hesab etmək olar.
Ukrayna mətbuatına istinadən xəbərə görə, 55 yaşlı kişinin evi yoxdur. Küçələrdə gecələyir. Dilənçilik edir. Ancaq ağır şəraitdə yaşamasına rəğmən, həyat eşqini itirməyib. Özünə yaxşı baxır, imkan tapan kimi çimir, təraş olur.
Bununla yanaşı, köhnə, əlinə keçən pal-paltardan dəbli geyimlər düzəldir. Ukraynalı fotoqraf Yuriy Dyaçiçin ədabaz dilənçinin fotosessiyasını edib.(publika.az)












































































































