Mərhum Fərman Kərimzadə uca boylu, pəhləvan cüssəli adam idi. Gur saçları, iri bığı, daim ətrafa işlq saçan gözləri onu mifik dastan qəhrəmanlarına bənzədirdi.
Danışırdı ki, Türkiyəyə ilk getdiyində görüşünə gələnlərdən biri boy-buxununa baxıb:
-Abi, memleketinizde her kes sizin gibi iri-yarımı?-deyə soruşmuşdu.
Fərman müəllim deyir cavab verdim ki:
-İri gövdəli adam çoxdur, amma mənim kimi pəzəvəngləri azdır.
Deyir, qadınlar nədənsə utanıb başlarını aşağı saldılar, sual verən adam isə:
-Ferman abi, gözlerini severim, boyle konuşma- dedi.
-Ayə, pəzəvəngə pəzəvəng deyərlər də, day nə cür qonuşum…-dedim.
Sonra deyir oradakı türk yazarlarından biri məni kənara çəkib izah elədi ki, Anadolu türkcəsində “pezeveng” - aradüzəldən kişilərə, imkanlı adamlara pulla yüngül əxlaqlı qadın gətirənlərə deyirlər…
Vilayət Quliyev, Sabiq XİN başçısı, səfir


































































































