Günəşlə Ay eyni anda görünəcək

Hazırda oxunan: Günəşlə Ay eyni anda görünəcək

57365
8 oktyabrda dünyada ən nadir görülən Ay tutulmalarından biri baş verəcək.

ANS PRESS-in məlumatına görə, Ay tutulmasıyla ilə eyni dəqiqələrdə Günəşin doğması baş verəcək. Alimlərin fikrincə, bu, nadir kosmik hadisədir. 

"Selenelion" adı verilən kosmik hadisədəni gözlə görmək mümkün olacaq. Proses baş verən zaman Ay və Günəş bir-birlərindən 180 dərəcə ölçüdə dayanacaq. Ancaq, atmosferdə işığın qırılması nəticəsində hər iki göy cismi üfüqdə ayrı-ayrı görünəcək. Bununlada Günəş və Ayı eyni anda müşahidə etmək mümkün olacaq. 

Kosmik hadisə Amerika qitəsində 8 oktyabrda, gündüz saatlarında, Asiya və Avropa ölkələrində isə axşam saatlarında müşahidə olunacaq. Günəş şərqdən yüksələrkən qərbdə Ay tutulması reallaşacaq. Prosesin maksimum 9, minimum 2 dəqiqəlik müddət ərzində müşahidə olunacağı ehtimal olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin