Dizüstü kompyuterinizi yataq, xalı ya da paltarsız bədəninizin üzərində işlətmək.
Kompyuterinizi əgər yuxarıda qeyd olunan şəkildə istifadə edirsinizsə içərisindəki soyutma mexanizminə mane olursunuz ve bu da işləticiyə önəmli zərərlər vurur. Egər belə istifadə etməyə öyrənmisinizsə bir laptop soyutucu almanızda fayda var.

Elektron cihazları örtüyü olmadan daşımaq
Əgər elektron cihazlar örtüyü olmadan cibinizdə və ya hər hansı bir çantada daşıyırsınızsa, xüsusilə həssas ekranları tez zədələyə bilərsiz.

Adapteri möhkəm bir şəkildə sarımaq
Hamımızın etdiyi bir səhvdir bu. Elektron cihazlarımızı olduqca həssas olan şarj kabellərini o qədər möhkəm bir şəkildə dolayırıq ki, bu da kabelinin qısa bir müddətdə qopmasına səbəb olur. Hər zaman yumuşaq bir şəkildə sarmakta fayda vardır.

Dizüstü kompüteri heç şarjdan çıxarmamaq
Bir çoxunuz dizüstü kompüterinizi bu şəkildə istifadə edirsiniz. Ancaq bu vəziyyət cihazınızın batareya ömürünə əhəmiyyətli zərərlər verə bilir. Buna görə vaxt kompüterinizin şarjı tamamilə bitənə qədər istifadə daha sonra full şarj olmasını gözləməkdə fayda var.

Elektron cihazlarda ev təmizləyicilərindən istifadə
Elektron cihazlar Windex kimi ev temizleyicileriyle silmək heç yaxşı bir fikir deyildi. Bu Təmizləyicilərin içərisində saxladığı kimyəvilər cihazlarınıza zərər verə bilər.

Flaş və sabit diskləri düzgün çıxarmamaq
Kompüterimizdə olan xüsusilə flaş diskləri tələsik ilə diqqətsiz çıxardığımız olur. Bu da cihaza ciddi zərərlər verə bilir.

Backup etməmək
Bilirik ki bir çoxunuz heç backup etmirsiniz. Ancaq əhəmiyyətli məlumatlarınızı itirməmək üçün qətiliklə backup etməniz lazımdır.




























































































