16 yaşlı oğlan bütün dillərdə danışır - VİDEO

Hazırda oxunan: 16 yaşlı oğlan bütün dillərdə danışır - VİDEO

56456
Əcnəbi dilləri bilmək bizə həyatda - işdə, təhsildə və səyahətdə çox kömək edir. Dİl öyrənmək üçün bahalı kurslara yazılırıq, axşamları lüğətlərlə keçiririk. Pulumuz çoxdursa səyahətlər edirik. 

ANS PRESS-in məlumatına görə, Hindistandan olan Ravi adlı yeniyetmə demək olar ki, bütün dilləri bilir. Ona məktəb partası arxasında oturaraq dil öyrənmək nəsib olmayıb. Ravi turistlərə tovuz lələyi satmaqla onların dillərini öyrənib.

Ravi 5 yaşından parkda tovuz lələyi satır. Onun müştəriləri bütün dünyadan gəlmiş turistlərdir və bu turistləri otellərin qarşısında tapır. 

Hər şey sadə "one dollar", yəni "bir dollar" ifadəsindən başlayıb Bundan sonra Ravi müxtəlif dillərdə salamlaşmağı və saymağı öyrənib. 

Hindistana gələn turistlər əsasən italyan, rus və ərəblər olduğundan o, bu dillərə daha yaxşı yiyələnə bilib. "Mən əvvəllər onların nə dediyini başa düşmürdüm. Bir şeyi dəfələrlə təkrarladıqda onun ingiliscə tərcüməsini soruşurdum. Beləcə 10 dildə "neçəyədir?" sözünü öyrəndim. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin