Avtomobillərin markasının mənasını bilirsinizmi? ”“ FOTO

Hazırda oxunan: Avtomobillərin markasının mənasını bilirsinizmi? ”“ FOTO

55698
Avstraliyalı tacir yarışda qazandığı avtomobilə qızının adını - “Mercedes” - qoyub.

Avtomobil markalarının mənaları açıqlanıb.

Moderator.az  AzNews.az-a istinadən məşhur avtomobil brendlərinin mənasını təqdim edir: 

“Mitsubishi”


Keyfiyyətli avtomobilləri ilə tanınan Yaponiya sənaye şirkəti “Mitsubishi” adını Yapon döyüşçüləri - Samurayların emblemindən götürüb. Emblem Mitsu (üç) bishi (almaz) sözlərinin birləşməsindən yaranıb. 

“Hyundai”


Şirkətin adı Koreyada “çağdaş” mənasını verən “hyundai” sözündən götürülüb. 

“Jeep” 


Hərbi məqsədlə istehsal olunan Jeep-in adı multfilm qəhrəmanı olan “Təməl Rəis”dəki “Eugene Jeep” adlı heyvanın adından götürülüb. 

“Toyota” 


Şirkət adını qurucusu olan Kiiçiro Toyoda-dan alıb. Daha sonralar markanın adı dəyişdirilərək “Toyota” qoyulub.

“Lexus”


“Toyota”nın lüks avtomobil markası olan “Lexus” latınca “qanun” mənasını daşıyır.

“Audi”


“Audi” latınca “eşitdim” deməkdir. 

“BMW”


BMW-nin açılışı “Bavyera Mühərrik Fabriki” mənasını verir. 

“İnfinity” 


“İnfinity” Nissanın Amerika üçün istehsal etdiyi lüks avtomobil markasıdır. Adı ingiliscə “ucsuz-bucaqsız” mənasını daşıyan “infinity” sözündən götürülüb. 

“Hummer”


Məşhur “Jeep” markası olan Hummer-in adı yüksək hərəkət qabiliyyəti olan çoxməqsədli vasitə mənasını daşıyan “humvee” sözündən törəyib. 

“Chevrolet”

Şirkət adını amerikalı avtomobil istehsalçısı Lois Chevrolet-dən götürüb. 

“Ferrari”


İtaliyanın lüks avtomobil şirkəti adını tanınmış yarışçı Enzo Ferrari-dən götürüb. 

“Mercedes Benz”


Avstraliyalı tacir Emil Jelinec 1897 ilində yarışda qazandığı avtomobilə qızının adını - “Mercedes” qoydu və bunun şərəfinə şirkətin qurucuları istehsal etdiyi avtomobillərə “Mercedes” adını verməyə davam etdilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin