“Viber” istifadəçilərinə xoş xəbər

Hazırda oxunan: “Viber” istifadəçilərinə xoş xəbər

55134
Android və iOS platformaları üçün "Viber" messencerinin beşinci versiyasının relizi olub. Hazırda populyar messencerdə mobil qurğular üçün videozəng dəstəyi reallaşdırılıb.

Tərtibatçılar bildirib ki, videosiqnalın qəbulu və ötürülməsi üçün hətta zəif internet-qoşulma kifayətdir, amma bu halda keyfiyyətli təsvir gözləmək lazım deyil.

Moderator.az-ın "ICTnews"a istinadən məlumatına görə, videozəng funksiyası həm kompüter, həm də mobil qurğularda əlçatan olub ”“ "Viber"in baş direktoru Talmon Marko deyib.

Proqramın yeni versiyasında interfeys və kontaktların idarəsi sistemi dəyişib. Android və kompüter istifadəçiləri təkmilləşdirilmiş dizaynı görəcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin