“Dilmanc” tərcümə sistemində yenilik

Hazırda oxunan: “Dilmanc” tərcümə sistemində yenilik

54844
Azərbaycanlı mütəxəssislər tərəfindən yaradılan və inkişaf etdirilən "Dilmanc" tərcümə saytı və mobil qurğular üçün şifahi danışığı tərcümə edən "Dilmanc" mobil tərcüməçi türkiyəli istifadəçilər arasında da populyarlıq qazanıb.
 
Moderator.az xəbər verir ki,"Dilmanc" qrupundan verilən məlumata görə, bu nəzərə alınaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəklədiyi "Dilmanc" tərcümə sisteminə türk dili dəstəyi də əlavə olunub.
 
Artıq "//dilmanc.az" saytında Azərbaycan, ingilis və rus dillərindən türk dilinə və əksinə tərcümə etmək mümkündür.
 
Qeyd edək ki, layihə çərçivəsində yaradılmış dil texnologiyaları digər türk dillərinə tətbiq oluna bilməklə yanaşı, türk dilləri arasında da yüksək keyfiyyətli tərcümə sistemləri yaradılmasına imkan verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin