İstənilən qapını açan açar icad edildi - VİDEO

Hazırda oxunan: İstənilən qapını açan açar icad edildi - VİDEO

53938
Bütün qıfılları aça bilən universal açarı, yəqin ki, kinolarda görmüsünüz. Lakin iki alman mühəndisi 3D printerin köməkliyi belə bir açarı hazırladıqlarını deyiblər.
 
“Bamp-açar” istənilən bağlı qıfılı aça bilir. “LockCon 2014” adlanacaq tədbirdə alman mühəndisləri Kristian Heller və Yos Veyer öz ixtiralarını təqdim edəcək. Açar “Photobump” proqramı vasitəsilə hazırlanır. Bunun üçün qıfılın bir şəkli yetər ki, proqram işlək açar hazırlasın.
 
İxtiranın məqsədi qıfılın əsl açarının yararsız olduğu təqdirdə onun nüsxəsinin çıxarılmasıdır. Oğruların bu proqram köməkliyi ilə qapıları açacağı az güman edilir. Çünki Almaniyada oğruluqların cəmi 0,2 faizi “bamp-açar” vasitəsi ilə olur.(publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin