Namaz qılmaq üçün “ağıllı canamaz” icad edilib

Hazırda oxunan: Namaz qılmaq üçün “ağıllı canamaz” icad edilib

52583
Dağıstan biznes akseleratorlarının rezidentləri namaz qılmaq üçün “ağıllı canamaz” icad ediblər.
 
“ICTnews” elektron xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, akseleratorun saytında təqdimat yerləşdirilib. Sənəddə bildirilir ki, canamaz rükətlərin sayını itirməmək və bütün hərəkətləri düzgün etmək üçün datçiklərlə təchiz edilib.
 
“Dindar namazında səhv buraxdıqda sensorlar, dua etməyə maneə törətməyən  vibrasiyalı siqnallar verir”, ”” deyə startapçılar öz icadlarını belə xarakterizə edirlər.
 
Onlar məhsulun pilot buraxılışını və testləşdirməsini təmin etmək məqsədi ilə yarım milyon rubl sərmayə cəlb etmək niyyətindədirlər.
 
Dua etmək üçün “ağıllı canamaz”ı icad edənlər artıq öz məhsullarını Rusiyada patentləşdiriblər və yaxın zamanda beynəlxalq patent əldə etmək niyyətindədirlər.

Onlar hesab  edirlər ki, qurğuya böyük tələbat olacaq. Çünki dünya üzrə 1,6 milyard müsəlman yaşayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin