Azərbaycanlı milyarderin Türkiyə macəraları...- FOTOLAR

Hazırda oxunan: Azərbaycanlı milyarderin Türkiyə macəraları...- FOTOLAR

51575

Azərbaycan əsilli milyarder Fərhad Əhmədov bahalı yaxtası ilə Türkiyə mətbuatının gündəminə düşüb. 

Milyarder həyat yoldaşı və üç uşağı ilə birlikdə xüsusi yaxtası ilə Milas-Bodruma səfər edib. Dünyanın ən zəngin iş adamları arasında yer alan “Northgas”ın prezidenti “Luna” adlı 115 metrlik üzən sarayı ilə hər kəsin diqqətini çəkib. 

Muğlanın Datça bölgəsindəki Knidos xarabalarında gəzən milyarder ailəsi ilə xoş vaxt keçirib.

Əhmədov gəzinti zamanı jurnalistlərə əl yelləyib:

Daha sonra 11 metrlik sürət qayığı ilə sahildə dövrə vuran Əhmədov ailəsi ilə buradan da helikopterlə Yalıkavak ərazisindəki villalarına yollanıb. 

Qeyd edək ki, Azərbaycanlı milyarder Fərhad Əhmədov “Luna” adlı bahalı yaxtasını rusiyalı milyarder Roman Abramoviçdən alıb.

Roman Abramoviçin 2010-cu ildə Almaniyanın “Lloyd Werft i Stahlbau Shipyards” şirkətinə sifariş verərək hazırlatdığı yaxtanın qiyməti 188 milyon dollardır. Bu, dünyanın ən böyük və geniş 19-cu yaxtasıdır. 40 heyət üzvü olan “Luna”da 2 vertolyot meydançası və hovuz var. Bundan başqa, yaxtanın pəncərələri güllə keçirmir, hər yataq otağında isə kino-zalı xatırladan nəhəng televizorlar var. 

“Luna” adlı yaxtanın 7 mühərriyi var və hər bir mühərrik 5 min at gücündədir. Yaxtanın generatorları 17 min əhalini təmin edəcək qədər elektrik enerjisi istehsal edir. “Luna” yaxtası 115 metr uzunluğundadır. Yaxta ümumilikdə 50 ton yük tutumuna sahibdir. 

anspress

Azərbaycanlı milyarderin Türkiyə macəraları...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/1757.jpg">Azərbaycanlı milyarderin Türkiyə macəraları...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/1758.jpg">Azərbaycanlı milyarderin Türkiyə macəraları...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/1759.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin