MİA.az saytına istinad edən Moderotor.az xəbər verir ki, Naxçıvan rəhbərliyi yenə çox müzakirələrə səbəb olacaq qərara imza atıb. Belə ki, Muxtar Respublikada 1985-ci ildən əvvəl istehsal olunmuş maşınlar 160 manata alınıb Naxçıvan şəhərindəki avtomobil zavodunun həyətinə aparılır. Köhnə maşınların burada əridilərək yenidən istehsala yönəldiləcəyi ehtimal olunur. Məlumatda o da qeyd olunur ki, “bəzən köhnə avtomobilin müqabilində əhaliyə eşşək verilir.”
Hadisələri özünəməxsus üslubla şərh edən tanınmış şair-publisist Heydər Oğuz bu xəbərə də pritçayabənzər münasibət bildirdi:
“Məmləkətdə kənd təsərrüfatının inkişafını qarşısına məqsəd qoyan "xan"ın bu qərarından ən çox eşşəklər öz nəsibi aldılar. Nədən ki, "xan" 1985-ci ildən əvvəl istehsal olunan maşınları camaatın əlindən alır, əvəzinə eşşək hədiyyə edirdi. Rəiyyətin ağzı nəydi, "xan" verən eşşəyin dişinə baxsın. Zati-aliləri bunu bilsə qədirbilməz təbəəsinin eşşək olduğunu anlar, onun özünü də köhnə maşına dəyişərdi”.
































































































