Zəncəfil və sarımsaq arıqlamağa kömək edir. Bu məhsullar yeməkdən sonra qısamüddətli də olsa maddələr mübadiləsini gücləndirir. Onların sayəsində orqanizmdən əlavə kalorilər xaric olunur.
Kimyon və şüyüd öskürəklə mübarizədə faydalıdır.
Nanə ürəkbulanma və başağrısının qarşısının alınmasında yaxşı vasitədir.
Cəfəri izafi mayeni bədəndən çıxarır və həzmi asanlaşdırır.
Razyana qarında köpü azaldır. Tərkibindəki efir yağları sayəsində bağırsağın fəaliyyəti aktivləşir, xroniki qəbizliklə mübarizədə kömək edir.
Darçının tərkibində müxtəlif fenollar var- orqanizmi zökəmdən qoruyan və şəkər xəstəliyi ilə mübarizə aparmağa kömık edən təbii antioksidantlar mövcuddur.
Hil təravətləndirir və gümrahlandırır, həzmi asanlaşdırır. Ürək-damar xəstələrinə faydalı olan hil ağrıları azaldır, beyində qan dövranını yaxşılaşdırır, damarlarda qıcolmaları azaldır, qalxanabənzər vəzinin funksiyasını tənzimləyir. Hili çay, kofe və ətli yeməklərə əlavə edirlər.
Sarıkök iştahı azaldır, yaraları tez sağaldır, antibakterial təsirə malikdir.
Çili bibəri qanı təmizləyir, bağırsaqdakı mikrobları öldürür, qəbizliyi aradan qaldırır. Qan dövranını artıran bibər trombların qarşısını alır, tər vəzilərini təmizləyir. Tərkibində zəngin vitamin C olan Çili bibəri tərlədici təsirə malikdir. Soyuqdəymə zamanı istifadə məsləhətlidir.
Qara istiot yaddaşı gücləndirir. Beyin damarlarını təmizləyən istiot beyində qan dövranını da tənzimləyir, ürək ağrısının azalmasında faydalı hesab olunur.
































































































