Yaxşı şah heykəli neylər...?- VİDEO

Hazırda oxunan: Yaxşı şah heykəli neylər...?- VİDEO

45436
Bakıda"Attila" adlanan məşhur bir idman klubu var. Maraqlıdır ki, Azərbaycan Yazıçılar Birliyinin binasının yanında yerləşən klubun girəcəyində yaxın keçmişimizin kiçik bir xatirəsi göz bəbəyi kimi qorunur. Söhbət Vladimir Iliç Leninin heykəlindən gedir. Sanki SSRI adlı imperiyanın qurucusu olan bu adamın heykəli bu günümüzün idmançı gənclərinin ixtiyarına verilib. Sağ olsun, idmançı gəncliyi, onnlar da böyüklərin bu gözəl hədiyyəsinə öz yaşlarına uyğun sevgi nümayiş etdirirlər. 
Heykəlin üz - gözü kir əlindən qapqara qaralıb.  Üzünün müxtəlif hislərinə qələmlə cızıqlar çəkilib, yazılar yazılıb. Ilk baxışdan da bu heykəlin hər gün "işgəncələrə" məruz qaldığı anlaşılır.
Bir zamanlar az qala üflənə-üflənə saxlanan heykəlin indiki həzin durumunu seyr etdikcə bir neçe il əvvəl yazdığım qəzəl yadıma düşdü. 

Yanılır, kim düşünür, xatirəsi daşda yaşar.
Büstü min büst arasında dayanar başda, yaşar.

Yaxşı şah heykəli neylər, daşı neylər, əzizim?
Yaxşının heykəli yoxdursa da yaddaşda yaşar.

Doğma yurdunda ürəklərdə yerin yoxsa əgər,
Elə bir abidənin xeyri nə - yad daşda yaşar?

Selə, ya daşqına qurban gedəcək, çarəsi yox,
O kəsin heykəli ki, gözdən axan yaşda yaşar.

Daş deyil, xatirə qoy, Heydər, özündən geriyə
Yaşayan xatirədir qonşuda, qardaşda yaşar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin