Moderator.az-a Bərdə Rayon Məhkməsinin sədri Ağarza Səmədov barəsində anoloqu olmayan şikayət daxil olub.
Rayon sakinləri Saday və Ofelya Hüseynovlar bildirir ki, 2004-cü ildə 1800 manat müqabilində Şatırlı kəndi ərazisindən Vaqif Mahmudovun ailəsinə məxsus 3,2 hektar pay torpağını ailə üzvlərinin razılığı ilə alıb və alqı-satqı müqaviləsi Şatırlı bələdiyyəsiylə icra nümayəndəsinin möhürü ilə təsdiqlənib. Üstündən 9 il keçdikdən sonra V. Mahmudov torpağı satdığına peşman olaraq onu geri qaytarmaq istəyib. Bunun üçün o Bərdə Rayon Məhkəməsinin sədri Ağarza Səmədova müariciət edərək kömək isəyib. Şikayətçilərin bildirdiyinə görə Ağarza Səmədov da 1800 manatı geri qaytarmağı tövsiyyə edib, razılaşma olmadığı halda məhkəmənin qərarıyla bunu edəcəyinə söz verib. Hər halda Hüseynovlar belə iddia edir.
İşin maraqlısı və əcaibi də bundan sonra baş verib. Vaqif Mahmudov torpağını geri qaytarmaq üçün Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi verib və yanvarın 14-də keçirilən prosesdə Ağarza Səmədov bildirib ki, qətnamə səhərisi gün, yəni 15 yanvar saat 12.00-da elan ediləcək. Səhərisi gün saat 12-də məhkəməyə gələn Hüseynovlara artıq hazır qətnamənin surəti təqdim edilib və bu zaman bəlli olub ki, qətnamə artıq dünənki gün, yəni yanvarın 14-də çıxarılıbmış, sadəcə Ağarza Səmədov nədənsə onu həmin gün açıqlamağı lazım bilməyib.
Hüseynovların vəkili Bəhruz Bayramovsa deyir ki, Azərbaycan məhkəməsi tarixində ilk dəfə bir rüsvayçı epizodla üz-üzə gəlməli olub. Belə ki, prosesdən qabaq məhkəmənin katibi Vüsal Qarayev onu izahat yazmağa təhrik edib. Vəkil bu tələbin qanunsuz olduğunu bildirəndə ona deyiblər ki, burda qayda belədir və mülki iş olsa belə bir qayda olaraq vəkillərdən izahat alınır. Bəhruz Bayramov bu tələbin qanunsuz olduğunu sübut etməyə çalışsa da heç nəyə nail ola bilmir. Bununla da iş bitmir.Yanvarın 17-də Hüseynovlar prosesin gedişində hər iki tərəfin səsləndirdiyi fikirlərin əks olunmalı olduğu protokolla tanış olmaq üçün məhkəməyə müraciət etsələr də birmənalı olaraq imtina cavabı alıblar.
İşin ən dəhşətlisi isə məhkəmə qətnaməsindən cəmisi iki gün sonra V. Mahmudovun Hüseynovların qanuni istifadəsində olan torpağa hücum edərək onları həmin ərazidən uzaqlaşdırması olub, yəni Hüseynovların apellyasiya şikayəti verəcəklərini bilsələr də qətnamənin qanuni qüvvəyə minməsini gözləmədən bu cür addım atılıb.
Nəticədə mübahisəli ərazidə Hüseynovlarla V. Mahmudovun adamları arasında qarşıdurma olub və Hüseynovlar Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurmaq zorunda qalıblar. Onların nümayəndəsi Bəhruz Bayramovsa Məhkəmə Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova teleqram vuraraq üzləşdiyi özbaşınalıq barədə tədbir görülməsini xahiş edib.
Mövzunu diqqətdə saxlayacağıq və prosesin nə ilə sonuclanacağı barədə oxucuları məlumatlandırmağa çalışacağıq.


































































































