Somali sahillərində olan bu ağac görənləri heyrətə salır.
Moderator.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, kəsiləndə, ya da gövdəsinə zərbə dəydiyi zaman qırmızı rəngli bir maye axıdan bu maraqlı və qeyri-adi ağac Somali sahillərindədir.
Görünüşünə görə olduqca maraqlı olan bu ağac, iti tikanlı yarpaqlara sahibdir.
Əgər bu ağacın gövdəsinə bir dəlik açsanız, parlaq qırmızı rəngdə qatı maye çölə axar. "Əjdaha qanı" adlandırılan qırmızı maye qurudulur, daha sonra dərman, boya və bir sıra başqa işlərdə istifadə edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.